Dünya Özəl

Bu ölkələr NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edildi

Bu ölkələr NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edildi

NATO Parlament Assambleyasının (NATO PA) Bolqarıstanın paytaxtı Sofiyada Yaz Toplantısı keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Yaz Toplantısına 32 üzv ölkədən təxminən 400 nümayəndə qatılıb.

İclasda 1 "xeyr" və 14 "bitərəf" səsinə baxmayaraq, Kosovo və Malta səs çoxluğu ilə Assambleyanın assosiativ üzvü kimi qəbul edilib.

Müşahidəçi olan Kosovo və Malta assosiativ üzv olduqları üçün Parlament Assambleyasında əlavə haqlara sahib olacaqlar.

İki ölkə həmçinin müəyyən şərtlərlə ölkələrə səfər edəcək, müxtəlif komitə nümayəndə heyətlərində iştirak edə biləcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova