Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub.
Demokrat.az xəbər verir ki, sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki 2, 4, 10,16, 17 saylı və digər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
14:11
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müsəssisəsində icra edilib.
Demokrat.az-ın məlumatına görə, müəssisədən əfv sərəncamında adı göstərilən bir nəfər məhkum azad edilib.
Penitensiar Xidmətin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Musa Hüseynov jurnalistlərə bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası, gələcək azadlıq həyatlarını islah olunmuş şəkildə düzgün qurmaları üçün də mütəmadi tədbirlər həyata keçirilir.
12:56
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Demokrat.az xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə doqquz nəfərə şamil olunub. Onlardan yeddi məhkum azadlığa buraxılıb. Azadlığa buraxılanlardan ikisi Türkiyə, ikisi isə Əfqanıstan vətəndaşlarıdır.
Qeyd edək ki, iki məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək endirilib.
12:14
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Demokrat.az xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə səkkiz nəfərə şamil olunub. Onlardan üç məhkum azadlığa buraxılıb, beş məhkumun isə cəzası azaldılıb.
11:33
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Demokrat.az xəbər verir ki, məhbusların cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb, altı nəfərin isə cəzası azaldılıb.
10:44
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunur.
Demokrat.az xəbər verir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb. Onlardan ikisi Əfqanıstan, biri isə Rusiya vətəndaşıdır.
10:39
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin dörd saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Demokrat.az xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi bu müəssisədə sərəncam ümumilikdə dörd nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.
Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.


