Dünya Özəl

Orban: Rusiya NATO üzvü olan ölkəyə hücum edə bilməz

Orban: Rusiya NATO üzvü olan ölkəyə hücum edə bilməz

“Rusiya istənilən NATO ölkəsinə hücum edə bilməz”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban bildirib.

O qeyd edib ki, Ukraynadakı müharibə Rusiyanın imkan sərhədlərini göstərir:

“Rusiya ordusu ukraynalılarla ciddi və çətin müharibə aparır. Əgər ruslar ukraynalıları bir anda məğlub edəcək qədər güclü olsaydılar, bunu daha əvvəl edərdilər”.

Qeyd edək ki, NATO üzvü olan Macarıstan Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya hərbi yardım göstərməkdən imtina edib.

Budapeşt də NATO-nun Ukraynaya yardımla bağlı uzunmüddətli planından kənarda qalmaq istəyir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova