Dünya Özəl

Vyetnamda 5 mərtəbəli binada yanğın: ölənlər var

Vyetnamda 5 mərtəbəli binada yanğın: ölənlər var

Vyetnamın paytaxtı Hanoyda 5 mərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Vietnam News”məlumat yayıb.

Məlumata görə, binanın yerləşdiyi küçənin darlığı səbəbindən yanğına vaxtında müdaxilə edə bilməyib.

Yanğınsöndürmə briqadaları binadaki 3 nəfərin yaralandığını, birinci mərtəbədəki 4 nəfərin isə pəncərədən atılaraq xilas olduğunu bildirib.

Səlahiyyətlilər xəstəxanada müalicə olunan üç nəfərdən birinin səhhətinin ağır olduğunu qeyd edib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova