Sosial Özəl

Məşhur aktrisa boşanma iddialarına cavab verdi

Məşhur aktrisa boşanma iddialarına cavab verdi

Bir müddətdir ki, türkiyəli məşhur Anıl Altan və Pelin Akil cütlüyünün boşanacağı ilə bağlı iddialar yayılıb.

Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa ayrılıq iddialarına reaksiya verib.

O bildirib ki, ikili arasında bəzi problemlər yaranıb:

“Təbii ki, bizim də mübahisələrimiz olur.

Bu, hər evdə olur, əkiz uşaq böyütmək asan deyil.

Bu söz-söhbətlər başqalarını yora bilər. Amma biz yorulmuruq və ayrılmırıq. Mübahisə və davalar evliliyin dadı-duzudur”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova