Gündəm Özəl

Deputat: “Tacikistan Azərbaycanın logistik imkanlarından istifadə etməkdə maraqlıdır”

Deputat: “Tacikistan Azərbaycanın logistik imkanlarından istifadə etməkdə maraqlıdır”

“Azərbaycan və Tacikistan arasında əlaqələr müstəqilliyin bərpasından sonra başlayıb. Bu gün iki ölkə arasında mümkün olan bütün sahələr üzrə əməkdaşlıq var”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Tacikistan münasibətləri ildən-ilə daha da inkişaf edir, əməkdaşlıq imkanları genişlənir:

“Tacikistan tələbələri və kursantları Azərbaycanın hərbi mətəblərində və nüfuzlu universitetlərində təhsil alırlar. Azərbaycan və Tacikistan şirkətləri qarşılıqlı fayda əsasında əməkdaşlıq edir. Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələr arasında yeni sahələrdə əməkdaşlıq bağları qurmağa, mövcud əməkdaşlığı daha da dərinləşdirməyə imkan verəcək. Eyni zamanda, Tacikistan bu gün Azərbaycanın logistik imkanlarından istifadə etməkdə çox maraqlıdır. Azərbaycan üzərindən Tacikistan öz məhsullarını dünyanın müxtəlif bölgələrinə çox asan və sərfəli qiymətlərlə çatdıra bilər. Bu görüş bir çox məsələlərdə hər iki ölkənin mövqeyinin eyni olduğunu ortaya qoydu. Azərbaycan və tacik xalqlarının dostluğu qədim tarixə malikdir və bu dostluq daha da möhkəmlənəcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova