ABŞ-də inəklər arasında geniş yayılan epidemiyadan sonra daha bir insan quş qripinə yoluxub.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, H5N1 adlı virusa yoluxmuş hər iki şəxs südçülük fermasının işçiləri olub.
Onlarda yalnız yüngül simptomlar görülüb və qısa müddətdə sağalıblar.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ictimaiyyətə risk qiymətləndirməsinin aşağı olaraq qaldığını bildirib.
Qeyd edək ki, son aylarda ABŞ-də bir çox südlük inəkdə quş qripi aşkarlanıb.
Aysu Demokrat.az


