Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə leykoz diaqnozu qoyulub.
Demokrat.az xəbər verir ki, bu barədə Suriya Rəyasət Heyətindən açıqlama verilib.
Açıqlamada tibbi müayinə və analizlərdən keçən 48 yaşlı Əsma Əsədə kəskin miyeloid leykemiya diaqnozu qoyulduğu bildirilib.
Qeyd edək ki, xroniki miyeloid leykozu sümük iliyi və qan hüceyrələrini təsir edən bir xərçəng növü kimi tanınır.
Xatırladaq ki, Əsma Əsəd 2019-cu ilin avqustunda döş xərçənginə qalib gəldiyini açıqlamışdı.
Aysu Demokrat.az


