Daxili siyasət

Azərbaycanda qadın QHT sədirlərinin sayı açıqlandı

Azərbaycanda qadın QHT sədirlərinin sayı açıqlandı

2024‐cü ilədək dövlət qeydiyyatına alınmış QHT‐lərin sayı 3750 olub.

Demokrat.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Onlardan 471 təşkilatın sədri qadınlardır. Qadın və gender məsələləri sahəsində 161 təşkilat fəaliyyət göstərir. Həmin təşkilatlardan 155‐nin sədri qadınlardır. (APA)

D
demokrat.az