Region

"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib — YENİLƏNİB

Mehr agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib — YENİLƏNİB

"Mehr" agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.

Qeyd edək ki, bundan əvvəl agentlik tərəfindən verilən məlumata görə, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıblar.

17:43

Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.

“Report” xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, onlar avtomobillə Təbrizə yola düşüblər.

D
demokrat.az