Hadisə

Gəncəçayda 14 yaşlı oğlan boğularaq ölüb

Gəncəçayda 14 yaşlı oğlan boğularaq ölüb

Gəncəçayda 14 yaşlı oğlanın meyiti aşkarlanıb.

"Report"un Qərb bürosunun məlumatına, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin çayda boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, mərhumun yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova