"Üç il bundan əvvəl xaricdəki tədbirlərin birində içkimənəsə qatmışdılar. Həmin gecədən səsim batdı.İki il yarım oxuya bilmədim. O tədbirdə milli janrın ifaçıları və televiziya işçiləri var idi".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli"Tarixin bir günü" verilişində deyib. Sənətçi həmin şəxsin kim olduğunu bildiyini də vurğulayıb:
"Bu haqdaona görə danışmırdım ki, o şəxslər istəyinə nail olmadılar. Roza yenə də var. Həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim də var. Milli janrda oxuyan ifaçıdır.
Mən də bilmirəm ki, niyə edib. Muğamifaçısı deyiləm. Onların dəvət aldığı toylaragetmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur.Yaradan insanı qoruyur. Özü bilir ki, hansı bəndəsi nəyə çarədir. Siz belə etdikcə sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və dayanmıram".


