Dünya Özəl

Qordan Jandrokoviç Xorvatiya parlamentinin sədri seçildi

Qordan Jandrokoviç Xorvatiya parlamentinin sədri seçildi

Aprelin 17-də Xorvatiyada keçirilən ümumi seçkilərdə Qordan Jandrokoviç yenidən parlamentin spikeri seçilib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki,Jandrokoviçin namizədliyini parlamentin 151 deputatından 144-ü dəstəkləyib.

Qeyd edək ki, yeni hökumət yaxın günlərdə seçiləcək.

Xorvatiya parlamenti birpalatalıdır və dörd il müddətinə seçilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova