“Könül Ağayeva təhsil aldığı müddət ərazində dərslərdə müntəzəm iştirak edib”.
Bu sözləri Baku TV-yə açıqlamasındaAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru Xudayar Sultanlı deyib.
O bildirib ki, Könülfevral ayının 16-dan sonra universitetlə əlaqəni tamamilə kəsib: “Tələbə Lənkəran Dövlət Unuversitetinə 2021-ci tədris ilində qəbul olub. İki kurs təhsil aldıqdan sonra ADPU-nun Cəlilabad filialında il yarım təhsilini davam etdirib. Universitetlə əlaqəni kəsdikdən sonranənəsinin himayəsində yaşadığı üçünməlumat verdik. Məlum olub ki, Könül ailəsi ilə də əlaqəni kəsib. O, bu ilin martın1-də hər hansısa bir telefonla nənəsinə zəng edib, lakin daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb”.
Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, Cəlilabadda kollecdə təhsil alırmış. K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.
Ətraflı süjetdə:


