"Rəşadla oxşar xüsusiyyətlərimiz çoxdur. Amma oelə bil bu zəmanənin adamı deyil. Oğlumdadaha çox bəyənmədiyim şey budur. Çox rahat və sərbəstdir. İstərdim ki, daha çevik olsun. Amma sonradan düşünürəm ki, əslində biz bu barədə oxşayırıq. Mən də belə olmuşam".
Axşam.az xəbər verir ki,bu sözləriƏməkdar artist Könül Kərimova "Xəzər axşamı" verilişində deyib. Oğlunun toyunu səbirsizliklə gözləyən sənətçi övladına indiyə kimi heç bir qızı məsləhət görmədiyini bildirib:
"Hər bir valdeyn nəyəsətələsir. Amma mən oğluma indiyə kimi heç bir qızı məsləhət görməmişəm. Bunu ilk dəfədir etiraf edirəm. İstəyirəm ki, onun ürəyincə olsun və o qızı tapaq. Gecikməsinin də səbəbi budur,sevgi ilə qurulan ailə bir az fərqli olur.
Mən gəlinimi əziyyət çəkməyə qoymayacağam. Yeməkləri özüm bişirəcəyəm və hər ikisinin qulluğunda duracağam. İstəyim odur ki, onlar biri-birini sevsinlər".


