Türkiyənin Elazığ vilayətində 8-ci sinif şagirdi müəllimini bıçaqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Bildirilib ki, hadisə vilayətdəki məktəblərdən birində imtahan zamanı baş verib.
Belə ki, şagird imtahanda köçürməyə cəhd edərkən müəllimi tərəfindən tutulub.
Bununla da tərəflər arasında mübahisə yaranıb, məktəbli müəllimini bıçaqlayaraq qaçıb.
Ayaq nahiyəsindən yaralanan müəllim dərhal xəstəxanaya yerləşdirilib.
Hücumçu şagird isə polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


