Gündəm Özəl

"Bu dəyişikliyi növbəti önəmli qərar kimi qiymətləndirirəm” — AÇIQLAMA

Bu dəyişikliyi növbəti önəmli qərar kimi qiymətləndirirəm” — AÇIQLAMA

“Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alan şəxslər də təhsil kreditləri ala biləcəklər. Bundan əlavə digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan dövlətinin təhsilə qayğısı son illər daha da artıb:

Bu dəyişikliyi növbəti önəmli qərar kimi qiymətləndirirəm” — AÇIQLAMA

“Milli Məclis olaraq qanunlarda faydalı dəyişikliklərin edilməsi prosesində fəal iştirak edirik. Bundan öncə şəhid ailəsi üzvlərinin təhsili ilə bağlı güzəştlər edildi. Bunlar dövlətimizin qayğıya ehtiyacı olan əhali qrupuna dəstəyinin göstəricisidir. Gənclərin bilikli və savadlı yetişməsi üçün dövlət səviyyəsində addımlar atılır, təhsil siyasətinin əsas hədəfi də məhz budur. İnanmıram ki, digər ölkələrdə təhsillə bağlı bu qədər güzəştlər edilsin, qanunlar qəbul olunsun. Vətəndaşlarımız çalışmalıdırlar ki, bu diqqət və qayğıdan düzgün bəhrələnsinlər. Daha savadlı kadr kimi yetişib ölkənin inkişafına töhfə versinlər. Bu dəyişikliyi təhsil sahəsində növbəti önəmli qərar kimi qiymətləndirirəm”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova