Türkiyənin Kırklareli vilayətində mayın 8-dən etibarən meşələrə giriş qadağan edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, sözügedən qərar bölgədə yanğın riski çox yüksək olduğu üçün qəbul edilib.
Qərarın müddəti 8 may - 31 oktyabr 2024-cü il tarixlərini əhatə edəcək.
Qeyd edək ki, qadağaya əməl etməyənlərə inzibati cəzalar veriləcək.
Aysu Demokrat.az


