Hadisə

Bakıda məişət tullantıları yandı, bir nəfərin meyiti tapıldı

Bakıda məişət tullantıları yandı, bir nəfərin meyiti tapıldı

Bakının Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az