"Türklüyün unudulmuş sivil keyfiyyətləri, böyük sivil qabiliyyətlərinin daha da inkişafı ilə ölkənin yüksək sivilizasiya üfüqündə yeni günəş kimi doğacağına şübhəm yoxdur. Dediklərimin həqiqətə çevrildiyi gün sizdən və bütün sivil bəşəriyyətdən arzum budur: Məni xatırlayın.”. (Mustafa Kamal Atatürk).
Türklüyün böyük dəyərlərini qoruyub gələcək nəsillərə çatdıraraq birlik və bərabərlik içində daha güclü gələcək qurmağı hədəfləyən Türkçülük Günü hər il 3 Mayda qeyd olunur. Türkçülük-Turançılıq davasının səbəblərindən biri kimi göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Əli davasının dinlənilməsindən sonra baş verən "Ankara nümayişi"ni xatırlamaq üçün 3 may 1944-cü ildə Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhbus tərəfindən qeyd olundu. Sonrakı illərdə də davam edən məclislərə Türkçülük Günü (Bayram) adı verildi.
Bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün ümumtürk birliyinin möhkəmləndirilməsinə, türkçülüyün gücləndirilməsinə böyük üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.
3 May böyük millətimizin əbədi yaşayacağına inanan türk millətçilərinin yenidən doğulmasıdır. Türkçülük o qədər şərəfli bir bayraqdır ki, onu hər yerdə daim dalğalandırmaq hər bir türkün birinci və milli borcudur.
Daş qırılır, tunc əriyir, amma türklük əbədidir. Hər türkçü öz vəzifə borcunu sədaqətlə yerinə yetirərsə, türkçülük idealı güclənər. Türklük güclənir. Azərbaycanda bu gün həmçinin türkçülüyün ideologu, Azərbaycanın ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin adı ilə yanaşı xatırlanır.
Türkçülük sevgi dolu gələcək üçün birlikdə olmaq iradəsidir! Türkçülük günümüz mübarək!
İlham İsmayılov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin Sədri







