Xarici siyasət

Ceyhun Bayramov Qambiyaya getdi

Ceyhun Bayramov Qambiyaya getdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfərə yola düşüb.

Demokrat.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 may tarixlərində Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

D
demokrat.az