Dünya Özəl

ABŞ-də Kaliforniya Universitetinə yüzlərlə polis göndərildi

ABŞ-də Kaliforniya Universitetinə yüzlərlə polis göndərildi

ABŞ-nin Los-Anceles şəhərindəki Kaliforniya Universitetinə etiraz aksiyaları ilə əlaqədar yüzlərlə polis göndərilib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, polis qrupları aksiya iştirakçılarının düşərgəsini dağıtmağa hazırlaşır.

Qeyd edək ki, ölkə daxilində onlarla universitetdə "anti-İsrail və Fələstinə dəstək" aksiyaları keçirilir.

Nümayişlərdə saxlanılanların sayı 900-ü keçib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova