“Avropa İttifaqının bir çox ölkəsi Fələstin dövlətini tanıyacaq”.
Demokrat.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell deyib.
O bildirib ki, bəzi Avropa İttifaqına üzv ölkələr Fələstini dövlət kimi tanıya bilər:
“Bunun üçün hətta vaxt proqnozu da verə bilərik. Düşünürəm ki, bir çox ölkə may ayının sonuna qədər Fələstini dövlət kimi tanımağa qərar verəcək”.
Aysu Demokrat.az


