ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanına yollanıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Blinken səfər çərçivısində Ər-Riyadda Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşəcək.
Görüş zamanı Qəzzadakı son vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, dövlət katibi bu həftənin sonunda İordaniya və İsrailə də səfər edəcək.
Aysu Demokrat.az


