Gündəm Özəl

"Çox insan düşünür ki, peyvənd ziyandır, amma..." — Pediatr

Çox insan düşünür ki, peyvənd ziyandır, amma... — Pediatr

21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək. Səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqlar “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlənməyə cəlb ediləcək, peyvəndlənmə üzrə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlər keçiriləcək.

Pediatr Aytən İsmayılzadə Demokrat.az-a açıqlamasında “İmmunlaşdırma həftəsi”nin keçirilməsini müsbət dəyərləndirib:

Çox insan düşünür ki, peyvənd ziyandır, amma... — Pediatr

“Valideynlər peyvəndləmənin önəmi barədə geniş məlumata malik olmalıdırlar. Onları bu barədə maarifləndirmək lazımdır. Çox insan düşünür ki, peyvənd ziyandır, övladına peyvənd vurulmasından imtina edir. Günümüzdə bir çox virus xəstəlikləri yayılıb. Peyvənd etdirmək uşağın bu xəstəliklərə yoluxma riskini azaldır. Təbii ki, burada güclü immunitet də rol oynayır.

Lakin düşünürəm ki, peyvəndləmə ilə bağlı tədbirlər yalnız bir həftəni əhatə etməməlidir. Müddət azdır. Bunu bir ay çərçivəsində həyata keçirmək daha yaxşı olar. “İmmunlaşdırma həftəsi” deyil, “İmmunlaşdırma ayı” keçirmək daha məqsədəuyğun olardı. Belə olan halda görülən tədbirlər daha effektiv nəticə verər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova