Gündəm

"Heç biri onunla vidalaşmağa gəlmədi" — FOTO

Heç biri onunla vidalaşmağa gəlmədi — FOTO

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər,Xalq artisti Rafiq Hüseynov və Əməkdart artistCavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradını bildirib:

"Cavanşir müəllimin getdiyi ve reytinq verdiyi verilişlərin heç birinin aparıcılarıonunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələripaylaşıbverlişlərinizi reklam edənlər, harada idiniz?

Allah hər ikisinə rəhmət eləsin…".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşındaürəktutmasından vəfat edib.

NE
Nihadə Eyyubova