Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin"Dəftərxana ləvazimatlarının satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.azxəbər verir ki, müsabiqənin qalibi"NUR-E.A."Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında36.628,38AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən AQTA A4, A3 kağızları, skoç, fayl və tikən və.s ilə təmin edilməlidir.
Məlumat üçün bildirək ki, “NUR-E.A.” MMC 9 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 25, m. 221 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Etibar Bahadur oğludur.
Xatırladaq ki,Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədriQoşqarTəhməzlidir.


