Sosial

Nuru Paşanın da çimdiyi Qobu hamamı uçmaq üzrədir — FOTOLAR

Nuru Paşanın da çimdiyi Qobu hamamı uçmaq üzrədir — FOTOLAR

Qobu kəndində yerləşən hamam qəzalı və baxımsız vəziyyətdədir.

Tarixi memarlıq abidəsi 19-cu əsrdə, təxminən 1882-ci ildə kəndin xeyriyyəçisi Mirzə Abdulla tərəfindən inşa edilib. Bəzi mənbələrdə isə hamamın kənd sakini Hacı Kazım ağanın şəxsi vəsaiti hesabına tikildiyi deyilir. Kənd sakini Məlik Gülməmmədli Moderator.az-a açıqlamasında bildirib ki, hamamın 142 yaşı var və uçma təhlükəsi ilə üz-üzə qalıb.

Nuru Paşanın da çimdiyi Qobu hamamı uçmaq üzrədir — FOTOLAR

“Hamam əsas Sovet illərində işləyib. Qısa fasilələrlə olsa da, 1995-ci ilə kimi fəaliyyət göstərib. Hamamdan həm qadınlar, həm də kişilər istifadə edirdi. Tək günlər qadın günü idi, cüt günlər kişi günü. Hamam bir növ gəlinlərin, qızların istirahət etdiyi, subay oğul olan anaların öz oğlanlarına qız bəyəndikləri yer idi. Hazırda hamam yararsız vəziyyətdədir, ciddi təmirə ehtiyacı var. Biz onun uçmasını istəmirik. Keçən ilin sonlarında Mədəniyyət Naziri Sumqayıtda idi. Abşeron rayonunun kənd sakinlərini orada qəbul edirdi. Bizim kənddən də həmin görüşə getmişdilər. Bu hamam haqda da məlumat veriblər. Amma hələ də bir xəbər yoxdur. Sizin vasitənizlə aidiyyatı qurumlara müraciət edib, kömək istəyirik. Tariximizə sahib çıxmaq lazımdır” kənd sakini bildirib.

Nuru Paşanın da çimdiyi Qobu hamamı uçmaq üzrədir — FOTOLAR

O da bildirildi ki, Nuru Paşa və əsgərləri də kənddə olduqları müddətdə bu hamamdan istifadə ediblər. Mövzu ilə bağlı Moderator.az saytı Mədəniyyət Nazirliyinə müraciət etib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, məsələni dəqiqləşdirəndən sonra cavablandıracaq. İnşallah ki, hamamın acınacaqlı taleyi böyük bir sual altında qalmaz! Mövzunu araşdırıb, xəbəri yeniləyəcəyik.

D
demokrat.az