Cop29 Özəl

COP29-un Azərbaycanda keçirilməsi türk dünyası üçün əhəmiyyətli hadisədir — Türkiyəli general

COP29-un Azərbaycanda keçirilməsi türk dünyası üçün əhəmiyyətli hadisədir — Türkiyəli general

“Birləşmiş Millətlər Təşkilatının İqlim Sazişi çərçivəsində hər il keçirilən COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək. Belə bir tədbirin Azərbaycanda keçirilməsi bu coğrafiyada ilkdir”.

Bu sözləri Demokrat.az-a açıqlamsında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, bu tədbirdə dünyanın 200-ə yaxın ölkəsindən nümayəndələr iştirak edəcək:

“Təxminən 2 həftə davam edən tədbirdə iqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısını almaq üçün alınması lazım olan məsələlər müzakirə edilir. Ona görə də BMT səviyyəsində belə mühüm bir təşkilatın Azərbaycanda keçirilməsi böyük şansdır. Bu, ilk növbədə, Azərbaycanın beynəlxalq siyasətdə və beynəlxalq diplomatiyada çatdığı səviyyəni göstəricisidir. İkinci mühüm cəhət isə təbii ki, bu konfransın keçirildiyi ölkədə iqlim dəyişikliyi, istixana emissiyaları, yaşıl enerji kimi mövzularda mübarizə ön plana çəkilir. Belə ki bu tədbir çərçivəsində dünya gələcəyinin ən böyük təhdidlərindən biri olan iqlimlə bağlı problemlər haqqında məlumatlılığın artırılmasında mühüm addımlar atıb”.

Y.Karauz əlavə edib ki, bu tədbirin Azərbaycan və türk dövlərləri üçün əhəmiyyəti çox vacibdir:

“Bayaq da qeyd etdiyim kimi, bu səviyyədə, bu ölçüdə və bu mənada sammit ilk dəfədir ki, Mərkəzi Asiya və Qafqazda bir ölkədə keçirilir. Təbii ki, Azərbaycanda keçiriləcək COP29 toplantısınına qərar verildikdən sonra Türkiyə ilə Azərbaycan arasında davamlılıq komissiyası yaradılıb. Bu komissiya Türkiyə, Azərbaycan və Türk Dövlətləri Təşkilatları ilə birgə mübarizə üsulları, maarifləndirmə işlər həyata keçirir. Beynəlxalq təhlükə olaraq görülən bir məsələ ilə bağlı Türkiyə və Azərbaycan yol xəritəsini tərtib edib. Ona görə də Azərbaycan indi öz mövqeyini, nüfuzunu, bacarığını və qətiyyətini dünyada nümayiş etdirib. Azərbaycan Qafqazın, Mərkəzi Asiyanın və dünyanın mühüm ölkələrindən birinə çevrilib”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova