Xarici siyasət

Ceyhun Bayramov Ata-Beyit Memorial Kompleksini ziyarət etdi

Ceyhun Bayramov Ata-Beyit Memorial Kompleksini ziyarət etdi

Qırğızıstana səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.

Demokrat.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazir Kompleksin önünə əklil qoyub. Azərbaycan nümayəndə heyəti Qırğızıstanın suverenliyi uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində görkəmli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun məzarı da ziyarət edilib, üzərinə gül dəstələri qoyub.

D
demokrat.az