Dünya Özəl

Almaniya hökuməti TikTok hesabı açıb

Almaniya hökuməti TikTok hesabı açıb

Almaniya Mətbuat və İnformasiya İdarəsi (BPA) “TikTok” platformasında "@TeamBundeskanzler" adlı səhifə açıb.

Demokrat.az xəbər verir ki, bu barədə Federal Hökumət sözçüsü tərəfindən yazılı açıqlama verilib.

Bildirilib ki, sözügedən hesab və digər sosial media kanallarında gündəlik hökumət işləri ilə bağlı məlumat paylaşılacaq.

Rəsmi hesabın xüsusilə gənc istifadəçilərə xitab etmək üçün açıldığı vurğulanıb.

Həmçinin, hesabda Kansler Olaf Şoltsun işi və hökumət siyasəti ilə bağlı məlumatlarla yanaşı şərhlər, suallar və təkliflərin də yer alacağı qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova