Deputat Rasim Musabəyov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə deyib ki, Azərbaycan üçün BRICS-in heç bir perspektivi yoxdur. Qeyd edib ki, təşkilatın yaradıcılarından olan Rusiyaya bu gün dünya sanksiyalar tətbiq edir. O əlavə edib ki, Qoşulmama Hərəkətı və Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün daha vacibdir.
Deputatın fikirlərinə münasibət bildirən iqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, BRİKS bir növ G7-nin alternatividir:
“BRİKS-in üzvlərindən olan Rusiya ilə həm ticari, həm də iqtisadi sahələrdə yaxşı əlaqələrimiz var. Ümumiyyətlə Rusiya ilə müxtəlif platmormalarda əməkdaşlığımız var. BRİKS-in digər üzvü olan Çinlə də ticari əlaqələrimiz yüksək səviyyədədir. Buna görə də BRİKS-də bir işimiz yoxdur. İqtisadi cəhətdən qərarlara təsir edə bilmərik. Ölkə başçısının dediyi kimi, bizim üçün ən maraqlı təşkilat Türk Dövlətləri Təşkilatıdır. Bundan başqa üzv olduğumuz Qoşulmama Hərakatı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, ölkəmizə çox töhfə verir.
Hazırda Hindistanın Ermənistana dəstəyi fonunda strateji əlaqələrin qurulması mümkün görünmür. Bu baxımdan BRİKS-in bizim üçün xüsusi əhəmiyyəti yoxdur. Bayaq sadalağımız ölkələrlə ikitərəfli əməkdaşlıq qurmağımız daha yaxşı olar”.
Törə Zeynallı Demokrat.az


