Gündəm Özəl

Zəkat malı, varı daha da bərəkətli edir — İlahiyyatçı

Zəkat malı, varı daha da bərəkətli edir — İlahiyyatçı

"Oruc tutmaq təkcə müsəlmanın sağlığı üçün, ibadət üçün deyil. Həm də sosial münasibətlərin dərinləşməsi, inkişafı, yenidən cücərməsi üçündür. Fitrə sanki xəstəliyi, gələn bəlanı uzaqlaşdırır, ruha rahatlıq verir. Necə ki, qan aldıran adam rahatlaşır, fitrə verən də elədir".

Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan Ramazan ayında fitrə zəkatınım önəmindən danışarkən deyib. O bildirib ki, zəkat vermək malı, varı daha da bərəkətli edir:

Zəkat malı, varı daha da bərəkətli edir — İlahiyyatçı
"Müsəlman bir ay günorta yeməklərini yemir, ayın sonunda bunu kasıblara verir. Fitrə zəkatı buğda, arpa, xurma, düyü, qarabaşaq, pendir, noxud qismindən olan ərzaqların hərəsindən 3 kq olmaqla, yaxud onların pulunu verməklə olur. Sonuncu Ramazan iftarının sabahı bayram namazına qədər, yəni günortaya qədər vermək lazımdır. Kasıblara və ehtiyacı olana, həm də gizli vermək lazımdır. Reklam edib özünü göstərmədən, fitrə götürən adamı da rüsvay edib qüruruna toxunmadan vermək lazımdır".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova