Region Özəl

İranda polis məntəqəsinə hücum: Ölənlərin sayı artdı

İranda polis məntəqəsinə hücum: Ölənlərin sayı artdı

İranda İnqilab Keşikçiləri Ordusunun iki polis məntəqəsinə eyni vaxtda edilən hücumları nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi “İRNA” məlumat yayıb.

Məlumata görə, Sistan-Bəlucistan əyalətində törədilən terror aktlarında həyatını itirən təhlükəsizlik əməkdaşlarının sayı 15-ə çatıb. Qeyd edək ki, “Ceyşul Ədl” təşkilatı sosial media hesablarına edilən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

İranda terror təşkilatı sayılan “Ceyşul Ədl” ölkənin Sistan-Bəlucistan əyalətində vaxtaşırı İrana qarşı silahlı aksiyalar təşkil edərək, “hüquqlarını müdafiə etdiyini” iddia edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova