“Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb.


