Dünya Özəl

Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizə əməliyyatları davam etdirilir:

“Son əməliyyatlar nəticəsində, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində daha 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Ölkə daxilində və sərhəddən kənar terrorla mübarizə tədbirləri davam etdirilir”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova