Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, ölkədə 150 minə yaxın pensiyaçı əmək fəaliyyətini davam etdirir. O qeyd edib ki, həmin şəxslər əmək fəaliyyətlərini davam etdirib 6 illik müddəti tamamladıqda, artıq bu müddətdə toplanan kapital müvafiq əmsala bölünməklə pensiyaların üzərinə əlavə ediləcək. Bu da pensiyaların artımına səbəb olacaq.
Təqaüdə çıxdıqdan sonra da bəzi insanları iş həyatına qaytaran səbəblər barədə sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlama verib.
O deyib ki, bütün ölkələrdə pensiyaya çıxdıqdan sonra işləyən insanlar var:

Başqa bir məsələ isə ölkəmizdə pensiyaçılar işləyərək bir işçinin yerini tuturlar. Avropada isə pensiyaçılar gənclərin tuta biləcəyi işin yerini məşğul etmirlər. Ölkəmizdə isə bu, tam əksinədir. Bu da gənclər arasında işsizliyə gətirib, çıxarır. Təbii ki, pensiyaçıların sevdikləri işdə işləməsi və pensiyasının yüksək olması daha yaxşı olar”.
Törə Zeynallı Demokrat.az


