Dünya Özəl

Nyu-Yorkda hicablı qadınlara 17,5 milyon dollar ödəniləcək

Nyu-Yorkda hicablı qadınlara 17,5 milyon dollar ödəniləcək

Nyu-York hakimiyyəti hicabı məcburi çıxarıdılan müsəlman qadınlara 17,5 milyon dollar ödəyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Məlumata görə, 2018-ci ildə Cəmilla Klark və Ərva Əzizin açdıqları məhkəmə iddiası çərçivəsində şəhər polisi tərəfindən hicabı məcburi çıxarılan qadınlara 17,5 milyon dollar ödəniləcək.

Razılaşma hicab qurbanları üçün açılan bir internet saytında da açıqlanıb.

Həmçinin, təzminatın 16 Mart 2014-23 Avqust 2021-ci il tarixləri arasında buna məruz qalan minlərlə müsəlman qadın arasında paylaşılacağı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova