Gündəm Özəl

"Azərbaycanın təklif etdiyi sülh siyasətində Qərbin gözü kordur" — AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh siyasətində Qərbin gözü kordur — AÇIQLAMA

4 aprel 2024-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı regional sülh və təhlükəsizliyin bərqərar olunmasına törədilən hədələrlə bağlı məsələlərə toxunulub. Sülhə təhdid törədən hansı qüvvələrdir?

Bu barədə politoloq Amid Əliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesinə ciddi təhdid yaradan qüvvələr əsasən Qərb dövlətləri və siyasi dairələridir:

“Xüsusilə Fransa və onu təhriki ilə bu işə qoşulan siyasi dairələr və təşkilatlardır. Son günlər Avropanın bir sıra təşkilatları ardıcıl olaraq Azərbaycana qarşı rellığı əks etdirməyən qara PR kompaniyasına başlayıblar. Məqsəd təbi ki, bəllidir. Ermənistan üzərində siyasi nəzarəti həyata keçirmək və bölgədə siyasi nüfuz qazanmaq. Bu isə öz növbəsində öncə sülh prosesinə neqativ təsir edəcək. Belə ki, hər 3 tərəf öz istəklərini və diktələrini masaya gətirməklə əlavə maneələr yaradacaq. Bu da nəticə olaraq ümumi prosesi tormozladacaq. Bu elementlər Fransanın bölgə üzrə həyata keçirdiyi xarici siyasətdə açıq -aşkar hiss olunur. Eləcə də ABŞ-ın bölgə üzrə mövqeyi ikili xarakter daşıyır. ABŞ real olaraq Ermənistanın apardığı ikili oyuna özünəməxsus şəkildə dəstək verir. Belə ki, Ermənistanın silahlanmasına göz yumur, Ermənistana maliyyə dəstəyi hazırlayır, birgə təlimlər keçirir. İndi isə Erəmənistana təlimçi adı altında peşəkar hərbçiləri göndərmək fikrindədir”.

Politoloq əlavə edib ki, bu gün Brüsseldə Ermənistana siyasi dəstəyi verilməsini təsdiq edən sənədin də imzalanması ehtimal edilir:

“Bunlarla yanaşı Aİ-nin da bu istiqamətdəki mövqeyini ekstra situativ adlandırmaq olar. O vaxt ki, Avropanın enerji təminatı məsələsi gündəmə gəlir dərhal Azərbaycan yada düşür. Lakin, Azərbaycanın təklif etdiyi sülh siyasətində isə Aİ-nin bir gözü kor olur. Ermənistana birtərəfli dəstəklər, maliyyə yardımlarının ayrılması, şərti dövlət sərhəddinə güc konsolidasiyası, mülkü missiyanın şübhəli tərkibi və fəaliyyəti onu deməyə əsas verir ki, Qərb bölgədə Azərbaycana qarşı Ermənistan üzərindən təzyiq vasitələrindən istifadə edir. Bu proses bir müddət hələ davam edəcək. Buna qarşılıq olaraq Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalmalıdır. Sülh siyasətinin ardıcıllığı təmin edilməli, Ermənistana hansısa güzəşt verilməməli və ən nahəyət Azərbaycanın Avropadakı partnyorları bu məsləyə cəlb olunmalıdır. Son günlər İtalyanın XİN bu istiqamətə ilkin addımı atdı. Bunun ardınca digər tərəfdaşların da eyni mövqe sərgiləməsini gözləyirik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova