Sosial Özəl

“Azəriqaz”a daxil olan müraciətlərin sayı AÇIQLANDI

“Azəriqaz”a daxil olan müraciətlərin sayı AÇIQLANDI

2024-cü ilin ilk 3 ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinin “104” çağrı mərkəzinə 81 min 330 müraciət daxil olub.

Demokrat.az xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 min 829 müraciət azdır:

"Qaz təzyiqinin aşağı olması ilə bağlı müraciətlər keçən illə müqayisədə 1473, qaz təchizatı ilə bağlı 3658, qaz sızmaları ilə bağlı isə 469 müraciət az daxil olub".

Aysu Demokrat.az

D
demokrat.az