Gündəm

TƏBİB Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb

TƏBİB Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB)Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dənbildirilib ki,Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib.

Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.

Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.

NE
Nihadə Eyyubova