Finlandiya Rusiya sərhədindəki bəzi keçid məntəqələrinin və limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Finlandiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib.
Haapasaari, Nuijamaa və Santio limanları da aprelin 15-dən qeyri-müəyyən müddətə bağlanacaq.
Son illərdə Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə immiqrant axınının qarşısını almağı hədəfləyir.
Aysu Demokrat.az


