Dünya Özəl

Somalidə dəhşətli partlayış: Ölənlər var

Somalidə dəhşətli partlayış: Ölənlər var

Somalidə yol kənarına qoyulmuş bombanın partladılması nəticəsində iki nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, ölkənin paytaxtı Moqadişoda yardım işçilərinə qarşı bombalı hücum təşkil edilib.

Yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 təcili tibbi yardım işçisi həyatını itirib, 4 nəfər yaralanıb.

Hücumun Əl-Şəbab terror təşkilatı tərəfindən həyata keçirildiyi təxmin edilir. Hazırda araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova