Dünya Özəl

Son 3 ayda nə qədər terrorçu zərərsizləşdirilib?

Son 3 ayda nə qədər terrorçu zərərsizləşdirilib?

Türkiyə ordusu tərəfindən son 3 ay ərzində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən son 3 ayda 673 terrorçu zərərsizləşdirilib.

3 ay ərzində zərərsizləşdirilən terrorçulardan 280-i İraqın şimalında, 393-ü isə Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı həyatını itirib.

Qeyd edək ki, son bir həftədə isə, ordu tərəfindən daha 27 terrorçu zərərsizləşdirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova