Kriminal Özəl

30 yaşlı kişi arvadını başqa kişilərlə telefonda danışarkən tutdu — Cəzası ağır oldu

30 yaşlı kişi arvadını başqa kişilərlə telefonda danışarkən tutdu — Cəzası ağır oldu

Beyləqan rayonunda 1994-cü il təvəllüdlü Sərxan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevdaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 10-da baş verib. Sərxan həmin gün, saat 18 radələrində yaşadıqları evin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı arvadı Sevdanın sol gözaltı və baş nahiyyəsinə yumruqla vurub.

Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Sevda ilə 2017-ci ildə ailə qurub və həmin vaxtan rəsmi nigahdadırlar: “Həmin nigahdan 3 azyaşlı övladımız var. Sevda ilə ailə qurduğum vaxtan mənə ər kimi hörmətlə yanaşmır və qulluq etmir. Bu səbəbdən də aramızda bir neçə dəfə münaqişə baş verib. Həmin vaxtlar Sevdanın tez-tez dəqiqələrlə mobil telefonla danışmasını gördüm, onun başqa kişi ilə danışmasından şübhələndim. Onun telefonuna baxmaq istədim. Lakin Sevda mobil telefonunu sinəsinə sıxaraq yerə uzanıb, mənə telefona baxmağa imkan verməyib. Mən də həmin gündən Sevdanın bu hərəkətlərindən narahat olmağa başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 18 radələrində işdən evə gəlib, evin həyətində daxil olan zaman Sevdanın həyətdə olan sanitar qovşağından çıxdığını və telefonla danışmasını görüb: “Sevda məni görən kimi əlində olan mobil telefonu boynunun arxa tərəfindən paltarının içərisinə, yəni kürəyinə atdı. Sevdanın bu hərəkətindən onun başqa kişi ilə danışmasından daha da şübhələndim. Onun mobil telefonunu paltarının altından çıxararaq baxan zaman, tanımadığım kişinin hələ də telefonda danışdığını gördüm. Bundan sonra Sevdanın mobil telefonunun votsap bölməsinə baxan zaman, yad kişilərin ona səsli mesaj və şəkil göndərdiyini, eyni zamanda Sevdanın da həmin kişilərə mesaj və şəkil göndərdiyini gördüm. Bundan sonra arvadımın yad kişilərlə münasibət qurmasına əmin oldum. Bu səbəbdən də əsəbləşərək, Sevdanın sol gözaltı və baş nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq onu döydüm. Sevdanı əvvəlcə yaşadığı evin həyətində döydüm. Həmin vaxt yanımızda heç kim olmayıb. Eyni zamanda sonradan da ora heç kim gəlməyib. Həmin münaqişə təxminən 3-5 dəqiqə davam etdi. Mən Sevdanı döyüb qurtardıqdan sonra, 3 azyaşlı övladımı da götürərək Biləsuvar rayonunda yaşayan atası evinə getdi”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, Sərxan ilə 6 ildir ailə qurub və rəsmi nigahda olmaqla həmin nigahdan 3 azyaşlı övladı var: “Sərxan qısqanc xarakterə malik olduğundan, səbəbsiz yerə məni qısqanaraq tez-tez onunla münaqişə yaradır. Hadisə günü, saat 13 radələrində Sərxan nahar etmək üçün evə gəldi. Bu səbəbdən də Sərxana yemək verdim. Sərxan yemək yedikdən sonra işinə geri qayıtdı. Həmin gün saat 18 radələrində yaşadığım evin həyətində olan sanitar qovşağından çıxan zaman Sərxan həyətdə qarşıma çıxdı. Bu vaxt Sərxan mənə sanitar qovşağında nə etdiyimi, telefonla kiminlə danışmağımı soruşdu. Sərxana sanitar qovşağında telefonla danışmadığımı, təbii ehtiyacımı qarşılamaq üçün sanitar qovşağına getdiyimi bildidim. Lakin Sərxan inanmayaraq telefonla başqa kişilərlə danışmağımı bildirdi, yumruqla sol gözaltı və sağ gicgah nahiyyəmə bir neçə dəfə yumruqla vuraraq məni döydü. Sərxan məni döydükdən sonra aralandı. Bundan sonra 3 azyaşlı övladımı da götürərək Biləsuvar rayonunda yaşayan atam evinə getdim”.

Bu cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova