Dünya Özəl

Bu şəxslərə ev heyvanı saxlamaq qadağan edildi

Bu şəxslərə ev heyvanı saxlamaq qadağan edildi

Fransalı cütlük onlarla heyvanı pis şəraitdə saxladığına görə bir il şərti həbs cəzasına məhkum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, sözügedən cütlüyün 80 kvadratmetrlik mənzillərində 159 pişik və 7 it aşkar olunub.

Heyvanların çirkab içində yaşadığı, su və qida çatışmazlığından əziyyət çəkdiyi öyrənilib.

Bu səbəbdən yaşlı cütlüyə ev heyvanları saxlamaq həmişəlik qadağan edilib.

Onlar həmçinin heyvanların hüquqları ilə bağlı xeyriyyə təşkilatlarına 150 min avrodan çox pul ödəməli olublar.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova