Yaponiyada 6 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkənin şimal-şərqində Fukusima prefekturasının sahillərində baş verən 6 bal gücündə zəlzələ 40 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Bildirilib ki, zəlzələ bütün Fukusimada, Sakit okean sahillərindəki İvate, Miyaqi, İbaraki və Çiba prefekturalarında və paytaxt Tokyoda hiss olunub.
Aysu Demokrat.az


