Hərbi Özəl

Ukrayna bu cihazların köməyi ilə Rusiya ordusunun mövqelərini dəqiq izləyirmiş — Ruslar yeni AŞKARLADI...

Ukrayna bu cihazların köməyi ilə Rusiya ordusunun mövqelərini dəqiq izləyirmiş — Ruslar yeni AŞKARLADI...

Rusiya kəşfiyyatı Ukraynaya məxsus pilotsuz uçan aparatların üzərində gizli radiomayaklar tapıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, həmin dronların köməyi ilə Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin mövqelərini rahat müəyyənləşdirərək, zərbələr endirirmiş.

Həmçinin, Ukrayna Silahlı Qüvvələri bu cihazların köməyi ilə Rusiya Silahlı Qüvvələrinin mövqelərinin dəqiq koordinatlarını izləyə bilib.

Rusiyada pilotsuz uçan aparatları tədqiq edən ekspertlər artıq bu barədə xüsusi əməliyyat zonasındakı Rusiya bölmələrinə xəbərdarlıq göndəriblər.

Aysun Demokrat.az

D
demokrat.az