Sosial Özəl

Məktəb psixoloqlarının maaşı artırılmalıdır — AÇIQLAMA

Məktəb psixoloqlarının maaşı artırılmalıdır — AÇIQLAMA

"Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsbət haldır. Bu qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədi daşımalıdır".

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. O bildirib ki, qiymətləndirmədən sonra ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək mümkün olacaq:

"Bu qiymətləndirmə nəticəsində daha savadlı psixoloqları görə biləcəyik.

Məktəb psixoloqlarının maaşı artırılmalıdır — AÇIQLAMA

Son zamanlar orta məktəblərdə baş verən xoşagəlməz hallar psixoloqların şagirdlərlə çalışmasını vacib edir. Bu baxımdan məktəb psixoloqları təhsil üçün vacib şəxslər hesab edilməlidir. Diaqnostik qiymətləndirmədən sonra da psixoloqların əmək haqlarının artımı məsələsi önə çəkilməlidir. Çünki hazırda məktəb psixoloqlarının aldıqları əməkhaqqı ürəkaçan deyil. Maaşlarının artırılması onlar üçün stimul olardı".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova