Sosial Özəl

"Bu, digər avtomobil markalarına qarşı rəqabətli bazar mühitinin yaranmasına imkan verəcək" — AÇIQLAMA

Bu, digər avtomobil markalarına qarşı rəqabətli bazar mühitinin yaranmasına imkan verəcək — AÇIQLAMA

““Lada” avtomobillərinin Rusiyadan gətirilməsi iqtisadi uğur kimi qiymətləndirilə bilməz. Avtomobilin Rusiyada yığılıb Azərbaycana gətirilməsi və ya Azərbaycanda yığılması sadəcə olaraq gömrük yığımlarından azad olunmaya gətirib çıxaracaq. Düşünürəm ki, bu, digər avtomobil markalarına qarşı rəqabətli bazar mühitinin yaranmasına imkan verəcək. Lakin prosesin özünün davamlı uğurlu olacağını hesab etmirəm”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun fikrincə, bir müddət sonra bu proses səngiyəcək:

“Çünki həmin avtomobillər müasir standartlara cavab verməyən avtomobillərdir. Bir tərəfdən elektrik avtomobillərindən, hibrid avtomobillərdən danışırıq, digər tərəfdənsə nə texniki cəhətdən, nə təhlükəsizlik baxımından, nə də ekoloji cəhətdən tələblərə cavab verən avtomobillərin ölkədə yığılması prosesinə başlanılır. Buna görə də prosesdən hansısa müsbət nəticə gözləmirəm. Bunun Rusiyaya xeyri ola bilər. Sanksiyalarla üzləşdiyi bir vaxtda iqtisadi əməkdaşlıq Rusiya üçün effektivdir. Azərbaycanda isə bu, dolayısı ilə yerli əhalinin məşğulluğuna töhfə verəcək”.

Qeyd edək ki, “AvtoVAZ” ASC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır. “AvtoVAZ”ın rəhbəri Maksim Sokolov bildirib ki, növbəti bir neçə ildə Azərbaycanda "Lada" istehsalının illik həcmi 4-5 min avtomobilə çata bilər.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova